Bütün xəbərlər
"Axios": Stiven Miller Trampın milli təhlükəsizlik müşaviri ola bilər
Tarix: 02-05-2025 22:05 | Bölmə: Dünya

Ağ Ev Milli Təhlükəsizlik müşaviri vəzifəsinə əsas namizəd kimi Donald Trampın aparat rəhbərinin müavini Stiven Milleri nəzərdən keçirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Mənbələr jurnalistlərə bildiriblər ki, Millerin sərt anti-immiqrasiya siyasətinin həyata keçirilməsində uğurları diqqətdən kənarda qalmayıb. Ağ Ev rəsminin ABŞ Daxili Təhlükəsizlik Şurasının işini necə təşkil etməsindən də məmnundur.
"Tramp tez-tez ən yaxın müşavirlərinə geniş səlahiyyətlərə malik olmağa icazə verir. O, Millerə əvvəlki vəzifələrini saxlamaqla yeni vəzifə tutmağa icazə verə bilər", - xəbər portalının mətnində deyilir.
Mayın 1-də Ağ Ev elan edib ki, Mayk Vals milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə keçəcək. Hələlik Valsın əvvəlki məsuliyyət sahələrini ABŞ dövlət katibi Marko Rubio öz üzərinə götürüb.
Daha əvvəl Trampın xüsusi nümayəndəsi Steven Vitkoff-un milli təhlükəsizlik müşaviri vəzifəsini icra edə biləcəyi barədə məlumat verilmişdi, lakin CNN mənbələri bu məlumatı təkzib etmişdi.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər