Bütün xəbərlər
Şahzadə Harri məhkəmədə uduzub
Tarix: 02-05-2025 22:00 | Bölmə: Dünya

Böyük Britaniyada şahzadə Harrinin polis müdafiəsinin itirilməsi ilə bağlı müraciəti rədd edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, onun krallıq vəzifələrindən istefa verməsi və ABŞ-a getməsi fonunda baş verib.
Bu barədə TASS məlumat yayıb. Qərar İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilib.
"Sasseks hersoqunun apellyasiya şikayəti rədd edilməlidir", - məhkəmənin hökmündə deyilir.
Aprelin 12-də Şahzadə Harri ona və həyat yoldaşı Meqan Markla qarşı belə tədbirləri təzyiq forması adlandırıb. Onun fikrincə, bu, cütlüyünü Böyük Britaniya ərazisində saxlamağın bir yoludur.
Şahzadə Harri 2020-ci ildə həyat yoldaşı ilə birlikdə Böyük Britaniyanı tərk etdikdən sonra krallıq vəzifələrindən geri çəkildi. Bu, onların kral ailəsi daxilində münasibətləri pisləşdikdən qısa müddət sonra baş verdi.
Bununla əlaqədar olaraq Kral Şəxslərinin və İctimai Xadimlərin Müdafiəsi üzrə İcraiyyə Komitəsi hesab edirdi ki, şahzadə artıq yüksək səviyyəli təhlükəsizlik tələb etmir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər