Bütün xəbərlər
Konqo Demokratik Respublikasında daşqınlar nəticəsində 6 nəfər ölüb
Tarix: 02-05-2025 21:15 | Bölmə: Dünya

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada daşqınlar nəticəsində azı 6 nəfər ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli “Okapi” radiostansiyası məlumat yayıb.
KİV-in məlumatına görə, daşqınlara uzun sürən leysan yağışlar səbəb olub. Yağışlar səbəbindən Kinşasa bölgəsində çaylar məcrasından çıxaraq aran əraziləri su basıb.
"Ən azı altı nəfər həlak olub, külli miqdarda maddi ziyan dəyib. Paytaxtın bir neçə bələdiyyəsi, o cümlədən Nqaliema, Mon Nqafula, Kisenso, Kalamu və Limete daşqınlar, sürüşmələr və torpaq eroziyasının pisləşməsindən ciddi zərər çəkib", - nəşr yazır.
Qurbanların əksəriyyətinin uşaqlar olduğu qeyd edilir.
Kinşasada da çoxsaylı yaşayış binalarının dağıdılması qeydə alınıb. Bir sıra ərazilərdə mobil rabitə kəsilib.
Aprelin 6-da “Actualité” qəzeti xəstəxana və meyitxanaların məlumatlarına istinadən xəbər verib ki, Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada əvvəlki daşqınlar nəticəsində azı 20 nəfər ölüb. Daha sonra leysan yağışlar səbəbindən Ndjili çayı məcrasından çıxıb, daşqın və sürüşmələrə səbəb olub.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər