Bütün xəbərlər
Tramp Administrasiyası Pentaqonun xərclərini 163 milyard dollar azaltmağı təklif edir
Tarix: 02-05-2025 19:29 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Trampın administrasiyası Pentaqona qeyri-müdafiə xərclərini azaltmağı təklif edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evin 2026-cı il üçün Konqresə təqdim etdiyi büdcə təklifi layihəsinə görə, söhbət 163 milyard dollardan gedir.
Layihənin mətni Ağ Evin saytında dərc olunub.
"Qeyri-müdafiə xərcləri 163 milyard dollar və ya 22,6 faiz azalıb", - sənəddə deyilir.
Bundan əlavə, Tramp administrasiyası ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), YUNESKO və Birləşmiş Millətlər Təşkilatına (BMT) töhfələrini azaltmağı, BMT-nin sülhməramlı missiyalarını və Birləşmiş Ştatlarda miqrantların köçürülməsi proqramlarını maliyyələşdirməyi dayandırmağı, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) xərcləri 2,46 milyard dollar azaltmağı təklif edir. Bundan əlavə, Ağ Ev NASA-nın Marsdan torpaq nümunələrinin qaytarılması üçün missiyasının hazırlanmasını ləğv etməyə çağırıb.
Bundan əvvəl Pentaqondakı üç mənbə "Military.com"a bildirib ki, Amerika ordusu 90 min nəfər azaldıla bilər və hazırda kütləvi ixtisar məsələsi müzakirə olunur.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər