Bütün xəbərlər
Çilinin cənubunda 7,5 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib
Tarix: 02-05-2025 19:17 | Bölmə: Dünya

Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti və fövqəladə halların qarşısının alınması xidməti məlumat yayıb.
Sunami təhlükəsi var. Bu, Magallanes bölgəsinin çimərlik ərazisinin boşaldılmasını tələb edir.
Seysmoloji xidmətin məlumatına görə, yeraltı təkanlar saat 8:58-də (Moskva vaxtı ilə 15:58) 10 kilometr dərinlikdə qeydə alınıb. Onlar Puerto Villiamsdan 218 kilometr aralıda baş verib.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər