Bütün xəbərlər
"Tasnim": İran İsrailin "Mossad"ına işləməkdə təqsirli bilinən şəxsi edam edib
Tarix: 30-04-2025 15:00 | Bölmə: Dünya

İranda İsrailin Mossad kəşfiyyat agentliyində işləməkdə təqsirli bilinən şəxs edam edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İranın "Tasnim" xəbər agentliyinin məlumatına görə, Möhsün Lanqarneşin 2020-ci ilin oktyabrında israillilər tərəfindən işə götürülüb.
"O, İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Səyyad Xodainin öldürülməsinə əməliyyat və texniki dəstək verib", - məlumatda deyilir.
Lanqarneşin həmçinin İsfahandakı sənaye mərkəzinə hücuma kömək etməkdə və yerli "Mossad" şəbəkəsinə dəstək verməkdə - casuslar üçün müxtəlif avadanlıq və nəqliyyat vasitələri almaqda, təhlükəsiz evlər icarəyə götürməkdə və agentlər üçün pul köçürməkdə təqsirli bilinib.
“O, əməliyyatların necə aparılması ilə bağlı təlimat almaq üçün Gürcüstan və Nepalda "Mossad"ın yüksək rütbəli zabitləri ilə iki dəfə görüşüb”, - məlumatda deyilir.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər