20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
"Independent": "Tramp Papanın dəfn mərasimində geyim qaydalarını pozdu"
Tarix: 26-04-2025 22:33 | Bölmə: Dünya

Britaniyanın “The Independent” qəzeti yazır ki, ABŞ prezidenti Donald Tramp Vatikanda Papa Fransiskin dəfn mərasimi üçün geyim qaydalarını pozduğuna görə tənqid edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə, amerikalı lider vida mərasiminə geyim qaydasında deyildiyi kimi qara deyil, mavi kostyumda gəlib.Eyni zamanda onun arvadı Melaniya qara paltar geyinib, başında qara duvaq olub.
“İndependent” yazır ki, Vatikanın Müqəddəs Pyotr meydanında dəfn mərasiminin geyim kodu əvvəlcədən elan edilib: kişilərin qara qalstuklu tünd kostyum geyinməsi və yaxasında qara düymə olması gözlənilir, qadınlar isə uzun qara paltar, əlcək və çadra seçməlidirlər.
Kiyev rejiminin lideri Vladimir Zelenskinin oxşar davranışı fonunda Trampa qarşı ittihamlar güclənib: vida mərasimində iştirak etmək üçün o, rəsmi kostyumundan imtina edərək köynək, şalvar və gödəkçə verib ki, bu da etiketi pozur. Qeyd olunur ki, Kiyev rejiminin rəhbəri “həmişəki kimi rəsmi kostyum tapmayıb”.
Bundan əvvəl Zelenski ilə Trampın dəfn mərasimi zamanı görüşdüyü bildirilirdi.Ukrayna və Qərb mətbuatının yazdığına görə, onlar qısa söhbət edib və dəfn mərasimindən sonra yenidən görüşmək barədə razılığa gəliblər, lakin CNN-in verdiyi məlumata görə, Amerika prezidenti və onun həyat yoldaşı dəfn mərasimindən sonra tez bir zamanda Romanı tərk ediblər.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər