Bütün xəbərlər
ABŞ və İran gələcək nüvə sazişinin məqsədləri barədə razılığa gəliblər
Tarix: 19-04-2025 21:08 | Bölmə: Dünya

İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı gələcək razılaşmanın prinsipləri və məqsədləri barədə razılığa gəliblər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Romada iki dövlətin nümayəndələri arasında danışıqların ikinci raundu başa çatıb. Oman Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə İran və ABŞ nümayəndə heyətləri nüvə proqramının gələcəyini müzakirə ediblər.
"Bu dəfə biz (İranın nüvə proqramı üzrə) gələcək razılaşma üçün bir sıra prinsiplər və məqsədləri razılaşdıra bildik", - İranın xarici işlər naziri izah edib.
Bundan əvvəl Əraqçi Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Vaşinqton və Tehran arasında nüvə problemi ilə bağlı dialoqun gedişi barədə məlumatlandırıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər