09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Üç öldürülmüş uşağın atası dördüncü uşağa işgəncə verdiyinə görə həbs edilib
Tarix: 18-04-2025 10:08 | Bölmə: Dünya

Kanskda anaları tərəfindən öldürülən uşaqların atası saxlanılıb. O, dörd nəfərdən yeganə sağ qalan yeddi yaşlı oğluna işgəncə verməkdə şübhəli bilinir, Rusiya İstintaq Komitəsinin mətbuat xidməti Telegram kanalında bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Krasnoyarsk diyarının Kansk şəhərinin 40 yaşlı sakininə qarşı işgəncə maddəsi ilə iş açılıb.
“İstintaqın məlumatına görə, 2018-ci ilin yayından 2025-ci ilin aprel ayına qədər şübhəli şəxs 7 yaşlı oğlunu qeyri-qanuni tərbiyə üsullarından istifadə edərək sistemli şəkildə döyüb”, - deyə, məlumatda bildirilir.
Müstəntiqlər müəyyən ediblər ki, oğlanın üç yaşında burnu qırılıb və keçən il o, müntəzəm olaraq məktəbə əziklər və sıyrıqlarla gəlib.
Bundan əvvəl Kanskda yetkinlik yaşına çatmayanlarla iş üzrə böyük inspektor saxlanılıb.Qadın səhlənkarlıqda ittiham olunur: guya o, ailədəki vəziyyətdən xəbəri olub, lakin heç bir tədbir görməyib.
Faciə aprelin 14-də Kansk şəhərinin Herzen küçəsindəki fərdi evdə baş verib. Orada 3 uşaq - 4 yaşlı qız, 7 aylıq və 8 yaşlı oğlanlar - başından və bədənin digər yerlərindən bıçaq xəsarətləri ilə meyiti tapılıb.Yeddi aylıq körpənin kəsilmiş başını anası şkafa qoyub.
Anaya paranoid şizofreniya diaqnozu qoyulub. O, dindirmə zamanı qızını boğduğunu, oğullarını isə balta ilə vurduğunu bildirib.Onu 20 ilə qədər həbs gözləyir.
Qətlə yetirilən uşaqlar aprelin 17-də dəfn edilib.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər