09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Kim Çen In Pxenyanda yeni hündürmərtəbəli məhəllə açıb
Tarix: 16-04-2025 15:59 | Bölmə: Dünya

Pxenyanda 10 min mənzildən ibarət hündürmərtəbəli yaşayış binalarından ibarət yeni məhəllə açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mərasimdə KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In iştirak edib.
Bu barədə KCNA xəbər agentliyi məlumat yayıb. Mənbənin sözlərinə görə, Hvanqson rayonunda məhəllənin tikintisinin başa çatması aprelin 15-də elan edilib.
"Mərasimdə aparıcı partiya və hökumət kadrları, nazirlər kabinetinin, silahlı qüvvələrin departamentlərinin, nazirliklərin, mərkəzi idarələrin, Pxenyan şəhərinin inşaatçıları və fəhlələrinin yüksək vəzifəli şəxsləri iştirak ediblər.Yoldaş Kim Çen In isə tikintinin başa çatması ilə bağlı qırmızı lenti kəsib", - agentlik bildirir.
Şimali Koreya liderinin kvartalın açılış mərasiminə Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Arus” markalı avtomobillə gəlməsi diqqət çəkir.
Məhəllə işçilər, fəhlə ailələri və müəllimlər, həmçinin pensiyaçılar üçün tikilib.Kim Çen In yeni sakinlərdən yalnız indi mənzillə təmin olunduğuna görə üzr istəyib və gələcəkdə ölkə vətəndaşları üçün daha çox iş görəcəyini vəd edib.
Tədbirin rəsmi hissəsi konsert proqramı ilə başa çatıb.



Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər