19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı: "Hər şey yaxşı gedir"
Tarix: 13-04-2025 10:02 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həlli prosesinin uğurla davam etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evdə jurnalistlərə danışan o, məsələ ilə bağlı yeni məlumatları “çox yaxında” açıqlayacağını vurğulayıb.
"Hesab edirəm ki, Ukrayna ilə Rusiya arasında hər şey yaxşı gedir. Və siz bu barədə çox yaxında biləcəksiniz... Nə olacağını görəcəyik, amma düşünürəm ki, hər şey yaxşı gedir", - o, öz fikrini bildirib.
Amerika liderinin fikrincə, bəzən boş sözlərdənsə, niyyət və istəklərinizi real əməllərlə təsdiqləmək daha yaxşıdır.
“Elə bir məqam var ki, ya bunu sübut etməlisən, ya da susmalısan”, - Tramp bildirib.
Bundan əvvəl Tramp nüvə proqramı ilə bağlı İran nümayəndələri ilə ilk görüşün nəticələrini şərh edərkən “məqsədinizə çatmayınca heç nə vacib deyil” desə də, ümumilikdə danışıqların gedişatını müsbət qiymətləndirib. ABŞ-İran danışıqlarının növbəti mərhələsi aprelin 19-da baş tutacaq.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər