19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
AFP: Altı Avropa ölkəsi Ukraynaya hərbi kontingent göndərə bilər
Tarix: 10-04-2025 22:52 | Bölmə: Dünya

Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr də daxil olmaqla, “istəklilər koalisiyasından” ən azı altı dövlət Ukraynaya hərbi kontingent göndərməyə hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadən AFP agentliyi məlumat yayıb.
Koalisiyaya 30-a yaxın ölkənin daxil olduğu dəqiqləşdirilir.
"İndiyə qədər təxminən altı ölkə, o cümlədən Britaniya, Fransa və Baltikyanı ölkələr qoşun göndərə biləcəklərinə əmin olublar", - nəşr yazır.
Vurğulanır ki, Kiyevin tərəfini tutmaq istəyənlər üçün əsas problem Ukrayna nizamlanması kontekstində ABŞ-ın Rusiyaya qarşı gördüyü tədbirləri dərk etməməsidir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama vermişdi ki, Ukraynada istənilən dövlətin bölmələrinin görünməsi Rusiya tərəfindən təhlükə kimi qəbul ediləcək.



Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər