15:17 / 07-04-2025
Yeni rəis o oldu - Foto
Bütün xəbərlər
Husilər Qırmızı dənizdə iki ABŞ esminesinə hücum edib
Tarix: 07-04-2025 21:39 | Bölmə: Dünya

 Yəməndə Ənsar Allah hərəkatının husiləri qanadlı raketlər və pilotsuz təyyarələrdən istifadə edərək Qırmızı dənizdə ABŞ-ın iki esminesinə hücum ediblər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə husi ordusunun sözçüsü Yəhya Sariya məlumat verib.
Bir gün əvvəl o, husilərin Qırmızı dənizin şimalında ABŞ-ın təyyarədaşıyan qruplaşmasını vurduğunu bildirib.
"Yəmən donanması və hərbi hava qüvvələri birgə əməliyyat keçirərək, Qırmızı dənizdə Amerikanın iki esminesinə hücum edib. Zərbələrdə bir neçə qanadlı raket və pilotsuz uçan aparatlardan istifadə edilib", - Saria Husilərə məxsus "Əl Məsirə" telekanalında deyib.
Bundan əlavə, husilər martın 30-da Təl-Əvivdə Ben Qurion hava limanına hücum ediblər, martın 27-də də onlar Harry Truman təyyarədaşıyan gəmisinə və ABŞ Hərbi Dəniz Qüvvələrinin digər gəmilərinə hücum etdiklərini iddia ediblər.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər