15:17 / 07-04-2025
Yeni rəis o oldu - Foto
15:08 / 06-04-2025
Məktəbli infarkt keçirib
Bütün xəbərlər
SCMP: Çin güclü zəlzələ riski altındadır
Tarix: 06-04-2025 22:00 | Bölmə: Dünya

 Çinli seysmoloqlar Çində və ölkənin ətraf ərazilərində güclü zəlzələlər ola biləcəyi barədə xəbərdarlıq edirlər. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazır.
Tədqiqata Pekin Zəlzələ Agentliyinin baş mühəndisi Zhu Hongbin rəhbərlik edib. Mütəxəssislər müəyyən ediblər ki, yaxın illərdə Çin və qonşu ölkələrdə Myanmada 2025-ci ilin mart ayının sonunda qeydə alınanlara bənzər güclü təkanlar olacaq. "Seysmoloqlar martın 28-də baş verən zəlzələnin sonuncu belə hadisə olmayacağını irəli sürüblər. Onların araşdırmaları göstərir ki, hazırda Çində və qonşu regionlarda fəlakətli zəlzələ riski artıb".
Bildirilir ki, tədqiqatçılar son 150 il ərzində seysmik məlumatları təhlil ediblər. Onlar Çində və ətraf ərazilərdə zəlzələlər üçün altı əsas "fəaliyyət dövrü" müəyyən ediblər. Bunların hər biri günün uzunluğunun dəyişməsi ilə ölçülən Yerin fırlanma sürətinin dəyişməsi ilə əlaqədardır.
Martın 27-də Myanmada güclü zəlzələ baş verib. Onun maqnitudası 7,7 olub. Yeraltı təkanları Tailand, Çin və Vyetnam sakinləri də hiss ediblər. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 3564 nəfər həlak olub. Daha 5012 nəfər yaralanıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər