Bütün xəbərlər
Baş nazir Karni: "Əgər ABŞ Dünya Lideri olmaq istəmirsə, bunu Kanada edəcək"
Tarix: 04-04-2025 21:19 | Bölmə: Dünya

 Vaşinqton bu mövqedə qalmaq istəməsə, Kanada ABŞ-ı "dünya lideri" kimi əvəz etməyə hazırdır. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni deyib.
 "The New York Times" ondan  sitat gətirir.
"Əgər Birləşmiş Ştatlar artıq liderlik etmək istəmirsə, Kanada da bunu edəcək.ABŞ-ın dünya iqtisadi lideri rolunu üzərinə götürdüyü 80 illik dövr başa çatıb.Bu faciədir, həm də yeni reallıqdır", - Karni vurğulayıb.
Kanadanın baş naziri daha əvvəl bəyan etmişdi ki, Ottava ABŞ-ın proteksionist siyasəti fonunda ölkənin iqtisadi strategiyasına köklü şəkildə yenidən baxmaq niyyətindədir.Onun sözlərinə görə, Kanada Amerika bazarından asılılığını azaldacaq və ticarətini dünyanın digər ölkələrinə yönləndirəcək.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər