Çərşənbə axşamı, 8 aprel 2025, 07:35:57  
Son xəbərlər:
15:17 / 07-04-2025
Yeni rəis o oldu - Foto
Bütün xəbərlər
İsrailin baş naziri Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə dair orderə baxmayaraq Macarıstana səfər edib
Tarix: 03-04-2025 09:12 | Bölmə: Dünya

 İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına baxmayaraq Macarıstana gəlib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicki məlumat verib.
“Times of Israel” qəzetinin yazdığına görə, bu, Netanyahunun 2024-cü ilin noyabrında həbs qərarı verildikdən sonra Avropaya ilk səfəridir.Macarıstanın müdafiə naziri sosial şəbəkədə yazıb: “Budapeştə xoş gəlmisiniz, İsrailin baş naziri Benyamin Netanyahu”.
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbs olunmasına order verib. Məhkəmə həmçinin İsrailin öz vətəndaşları üçün həbs orderləri vermək səlahiyyətinə etiraz etməyə çalışan İsrailin dəlillərini də rədd edib. Bundan əlavə, İsrail Fələstindəki vəziyyətlə bağlı işlərə baxmaq üçün BCM-nin yurisdiksiyasına etiraz edib.
Bundan əvvəl beynəlxalq insan haqları təşkilatı Amnesty International Macarıstanı İsrailin baş naziri Binyamin Netanyahunu bu ölkəyə səfəri zamanı həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyə çağırıb.



Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər