14:46 / 20-05-2025
Gəmi zədələnib
09:19 / 20-05-2025
İtən kişi meyiti tapılıb
Bütün xəbərlər
Pakistan prezidenti Zərdari qızdırma ilə Kəraçi xəstəxanasına çatdırılıb
Tarix: 01-04-2025 21:48 | Bölmə: Dünya

 Pakistan prezidenti Asif Əli Zərdari Nəvabşah şəhərindən Kəraçiyə xəstəxanaya çatdırılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, infeksiya və qızdırma səbəbindən köçürülüb. Bu barədə "Daily Pakistan" nəşri məlumat yayıb.
Zərdari hazırda tibbi müayinədən keçib.
"Prezident Asif Zərdari səhhəti pisləşdiyi üçün Nəvabşah xəstəxanasından Kəraçidəki özəl xəstəxanaya köçürülüb", - nəşr qeyd edir.
Pakistan prezidentinin səhhəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Asif Əli Zərdari 2024-cü il martın 9-da Pakistan prezidenti seçilib. O, seçki yarışında əsas rəqibi Mahmud Xan Açakzai ilə mübarizədə  2,5 dəfədən çox- 411 səs toplayaraq qalib gəlib.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər