Bütün xəbərlər
Vuçiç Makron ilə Serbiya və Fransa arasında ikitərəfli əməkdaşlığı müzakirə edib
Tarix: 30-03-2025 22:58 | Bölmə: Dünya

 Vuçiç bu barədə Qərb sosial şəbəkələrində məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, Makronla enerji sektorunda əməkdaşlığın intensivləşdirilməsi, eləcə də apreldə şəxsi görüşlə bağlı razılığa gələ bilib.
"Fransa Prezidenti Emmanuel Makronla çox yaxşı söhbət oldu. Biz Fransa və Serbiya arasında ikitərəfli əməkdaşlığın bütün aspektlərini, eləcə də ölkəmizin Avropa yolunu müzakirə etdik. Hər iki tərəf əlaqələrimizin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı və buna uyğun olaraq, bu ilin aprelində görüşmək barədə razılığa gəldik", - Vuçiçin postunda deyilir.
Bundan əvvəl Serbiya prezidenti bildirib ki, ABŞ Serbiyanın neft-qaz şirkəti NIS-ə qarşı sanksiyaların tətbiqini 30 gün müddətinə təxirə salıb.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər