Bütün xəbərlər
Nyu-Yorkun federal məhkəməsi Trampın "Amerikanın səsi" radiostansiyasını bağlamaq səylərini müvəqqəti olaraq dayandırıb
Tarix: 29-03-2025 09:15 | Bölmə: Dünya

Nyu-Yorkun federal məhkəməsi ABŞ prezidenti Donald Trampın "Amerikanın səsi" radiostansiyasını (Rusiya Federasiyasında xarici agent kimi tanınır) bağlamaq səylərini müvəqqəti olaraq dayandırıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlər və həmkarlar ittifaqları məhkəməyə müraciət edərək, ABŞ prezident administrasiyasını söz və mətbuat azadlığına zəmanət verən ABŞ Konstitusiyasının Birinci Düzəlişini pozmaqda ittiham ediblər. TASS yazır ki, bununla əlaqədar olaraq məhkəmə Trampın fəaliyyətini müvəqqəti dayandırıb.
İddiaçılar israr edirlər ki, ABŞ-ın indiki administrasiyası radiostansiyanın əməkdaşlarını elektron rabitədən məhrum edib və onların bəzilərini məzuniyyətə göndərib. Üstəlik, Asiya və Yaxın Şərqdə "Amerikanın Səsi"nin bir sıra radiotezlikləri artıq söndürülüb.
Bundan əvvəl ABŞ-ın Hökumətin Effektivliyi Departamentinin rəhbəri Elon Mask bildirmişdi ki, onun fikrincə, “Azadlıq” radiosu (Rusiya Federasiyasında xarici agent və arzuolunmaz təşkilat kimi tanınır) və “Amerikanın səsi” radiostansiyalarını bağlamaq lazımdır, çünki onlar heç kimin dinləmədiyi “radikal solçu dəlilər”dir.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər