Bütün xəbərlər
Ekspert Stolpovski: "SAR-da Mərkəzi Asiyadan olan 6 minə yaxın radikal var"
Tarix: 15-03-2025 10:06 | Bölmə: Dünya

Suriya Ərəb Respublikasında (SAR) terrorçu qrupların tərkibində Mərkəzi Asiya ölkələrindən olan təxminən 6 min insan var.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalına müsahibəsində hərbi ekspert Oleq Stolpovski danışıb.
Onun sözlərinə görə, ilk olaraq Yaxın Şərqdə radikallara qoşulanlar Özbəkistan İslam Hərəkatının silahlıları olub (terror təşkilatı kimi tanınıb və Rusiya Federasiyasında qadağan olunub).
"Mənim hesablamalarıma görə, Suriyada vətəndaş qarşıdurmasının baş verdiyi bütün dövr ərzində Orta Asiyadan olanların sayı təxminən 5-6 min nəfər olub.Ən çoxunu Özbəkistandan olanlar, yəni özbək millətindən olanlar təmsil edib. Mən deyərdim ki, bu rəqəm hardasa 1800 nəfərdir. İkinci yerə Tacikistandan olanları qoyardım, mənim hesablamalarıma görə, St160p.
Bundan əvvəl Suriyanın Latakiya, Tartus və Əs-Suveyda əyalətlərində Ələvi müsəlmanları və xristianlar “Həyat Təhrir əş-Şam” qruplaşmasının yaraqlılarına (Rusiyada terrorçu kimi tanınıb və fəaliyyəti qadağan edilib) qarşı qiyam qaldırıblar. Mitinqlərə səbəb silahlıların dini azlıqların nümayəndələrinə qarşı həyata keçirdiyi kütləvi repressiyalardır.
Rusiya Silahlı Qüvvələrinin hərbçiləri təqiblərdən qaçan Suriya vətəndaşlarına sığınacaq verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, SAR-da zorakılıq ən qısa zamanda aradan qaldırılmalıdır.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər