Bütün xəbərlər
FT: Fridmanın siyahıdan çıxarılması olmadan Macarıstan Aİ sanksiyalarının uzadılmasını təsdiqləməyəcək
Tarix: 13-03-2025 15:08 | Bölmə: Dünya

"Financial Times" mənbələrə istinadən yazır ki, Macarıstan hakimiyyəti biznesmen Mixail Fridman siyahıdan çıxarılmasa, Rusiyadan olan 2000 nəfərə qarşı Avropa sanksiyalarının uzadılmasına mane olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin xatırlatdığı kimi, ruslara qarşı məhdudiyyətlər şənbə günü, martın 15-də başa çatır. Sanksiyaların uzadılması ilə bağlı razılıq əldə etmək üçün cümə axşamı Aİ ölkələrinin daimi nümayəndələrinin görüşü planlaşdırılır və qərar yekdilliklə qəbul edilməlidir.
Mənbələrin məlumatına görə, Macarıstanın daimi nümayəndəsi Fridmanın siyahılardan çıxarılmasını tələb edib.Yalnız bu halda Budapeşt məhdudiyyətlərin uzadılmasına razılıq verəcək.
Bundan başqa, Macarıstanı Lüksemburq dəstəkləyib.
Fridman 2022-ci ilin fevralından Aİ sanksiyaları altındadır.Ötən ilin aprelində Avropa Məhkəməsi iş adamına qoyulan məhdudiyyətlərin götürülməsi üçün əsaslar inandırıcı olmadığı üçün onların aradan qaldırılması barədə qərar çıxarıb.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər