Bütün xəbərlər
HƏMAS uzadılmış atəşkəs müqabilində İsrailli girovları azad etməkdən imtina edib
Tarix: 02-03-2025 15:04 | Bölmə: Dünya

“Əl-Cəzirə” xəbər verir ki, İsrail HƏMAS-dan əvvəlki variantda atəşkəs razılaşmasının daha bir həftə uzadılması müqabilində beş canlı girovu azad etməyi və on ölü cəsədi qaytarmağı tələb edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, martın 2-nə keçən gecə Qəzza zolağında 42 gün davam edən atəşkəs müddəti başa çatıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff İsrailə uçdu və orada bir ay yarım müddətinə yeni atəşkəs planı təklif etdi.
“Atəşkəs razılaşmasının birinci mərhələsinin bir həftə uzadılması müqabilində İsrail... beş canlı girovun azad edilməsini və 10 ölü cəsədin qaytarılmasını tələb edib”, - telekanal xəbər verir.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağına humanitar yardımın bu gündən etibarən dayandırılacağını açıqlamışdı.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər