Bütün xəbərlər
WSJ: Çin süni intellekt üzrə alimlərə ABŞ-a səyahət etməməyi əmr edib
Tarix: 01-03-2025 10:49 | Bölmə: Dünya

Çin hakimiyyəti süni intellekt sahəsində aparıcı çinli şəxslərə ABŞ-a səyahətin təhlükələri barədə xəbərdarlıq edərək, onlara bundan çəkinməyi tapşırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
“Çin hakimiyyət orqanları aparıcı süni intellektlə məşğul olan sahibkarlara və tədqiqatçılara ABŞ-a səfərlərdən çəkinməyi tapşırır”, - deyə, məlumatda bildirilir.
Nəşr həmçinin qeyd edir ki, Pekin üçün bu texnologiya iqtisadiyyat və milli təhlükəsizlik sahələrində prioritetdir.
"Wall Street Journal"ın məlumatına görə, Çin hakimiyyəti etiraf edir ki, ölkədən kənara çıxan süni intellekt mütəxəssisləri Çin və ABŞ arasında danışıqlarda istifadə oluna biləcək məxfi məlumatları açıqlaya bilər.
Səyahət üçün birbaşa qadağanın olmadığı aydınlaşdırılır. Bunlar sadəcə göstərişlərdir.
Əvvəllər məlum olmuşdu ki, Şanxaydan olan mütəxəssislər Çində və dünyada bütün robotların süni intellektini birləşdirmək niyyətindədirlər.
2025-ci il yanvarın sonunda Çinli DeepSeek startapı bütün dünyada böyük səs-küy yaratdı. Bu şirkətin yaratdığı süni intellekt modeli Qərb şirkətlərinin səhmlərinin 1 trilyon dollar dəyərində çökməsinə səbəb oldu.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər