Bütün xəbərlər
Çində 60 min illik torium ehtiyatları aşkar edilib
Tarix: 28-02-2025 21:24 | Bölmə: Dünya

Çində növbəti 60 min il ərzində ölkəni yanacaqla təmin edə biləcək torium ehtiyatları var.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
Jurnalistlər Çindəki torium yataqları ilə bağlı məxfilikdən çıxarılan hesabatdan məlumatları təhlil ediblər. Bu metalın ümumi miqdarı əvvəllər açıqlanmadı, lakin təxmini hesablamalara görə, bu, 20 min il üçün kifayət etməlidir. Bununla belə, SCMP-yə görə, yeni məlumatlar bu təxminləri üstələyir.
Bildirilir ki, təkcə Daxili Monqolustanın Bayan Obo bölgəsində 1 milyon tona qədər torium ola bilər.Bu maddə urandan 200 dəfə çox enerji istehsal edə bilər.
Nəşr xatırladıb ki, Çin 2029-cu ilə qədər Qobi səhrasında dünyanın ilk elektrik stansiyasını işə salmağı planlaşdırır. O, ərimiş torium duzundan istifadə edərək elektrik enerjisi istehsal edəcək.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər