Bütün xəbərlər
WP: Vans Münhendə müxalifətdə olan AfD partiyasının rəhbəri ilə görüşüb
Tarix: 15-02-2025 09:53 | Bölmə: Dünya

“The Washington Post” xəbər verir ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens “Almaniya üçün Alternativ” partiyasının rəhbəri Elis Vaydel ilə görüşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vaydel sözçüsü Daniel Tappın sözlərinə görə, görüş “çox rahat və mehriban atmosferdə” keçib. Münhen konfransı çərçivəsində söhbət yarım saat davam edib və Ukrayna münaqişəsi və alman partiyalarının AfD ilə hər hansı əməkdaşlıqdan imtinanı nəzərdə tutan “firewall” strategiyası mövzuları qaldırılıb.
WP-nin aydınlaşdırdığı kimi, Vans son günlərdə Almaniyanın digər iki böyük partiyasının liderləri, həmçinin Almaniya prezidenti Frank-Valter Ştaynmayer, xarici işlər naziri Annalena Baerbok və kanslerin aparat rəhbəri Volfqanq Şmidtlə görüşüb. Eyni zamanda, Vans Almaniyanın hazırkı kansleri Olaf Şoltsla görüş planlaşdırmayıb və qeyd edib ki, o, “uzun müddət kansler olmayacaq”.
Bununla o, AfD kansler namizədi ilə görüşən ən yüksək vəzifəli məmur oldu.
AfD nəzarətsiz miqrasiyaya qarşı sərt mövqe tutan sağçı bir partiyadır. Amerika vitse-prezidenti Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Avropaya təhlükənin xaricdən deyil, daxildən gəldiyini bildirib və seçicilərə qulaq asmayan, ölkələrinə nəzarətsiz miqrasiya axınına yol verən avropalı siyasətçiləri pisləyib.





Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər