Bütün xəbərlər
Avropa Komissiyası ABŞ-ın Aİ mallarına mümkün rüsum tətbiqini qeyri-qanuni hesab edir
Tarix: 10-02-2025 13:43 | Bölmə: Dünya

Vaşinqtonun Avropa mallarına gömrük rüsumları tətbiq etməsi qeyri-qanuni addım olardı və bunun ardınca müvafiq cavab veriləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) bildirib.
Onlar həmçinin qeyd ediblər ki, qitə ölkələri ilə ticarət müharibəsi iqtisadi nöqteyi-nəzərdən əks məhsuldardır və Aİ və ABŞ-ın ticarət və investisiya da daxil olmaqla "dərin inteqrasiya olunmuş istehsal zəncirlərini" nəzərə alsaq.
"Biz Avropa bizneslərinin, işçilərinin və istehlakçılarının maraqlarını əsassız tədbirlərdən qorumaq üçün cavab verəcəyik", - AK-nin bəyanatında deyilir.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Donald Tramp Aİ ölkələrinin Amerikaya qarşı dəhşətli münasibətinə görə onların mallarına əhəmiyyətli rüsumlar tətbiq etmək niyyətindədir. Ağ Evin yeni rəhbərinin sözlərinə görə, Aİ Amerika məhsullarını almır və bu səbəbdən böyük ticarət kəsiri yaranıb.
“Financial Times” yazır ki, Trampın rüsum tətbiq edəcəyi təqdirdə Avropa ölkələri Amerikanın böyük texnologiya şirkətlərinə qarşı cavab tədbirləri görəcək.



Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər