Bütün xəbərlər
Çində torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 28 nəfər itkin düşüb
Tarix: 09-02-2025 12:10 | Bölmə: Dünya

Çində ötən gün baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb, 28 nəfər isə hələ də itkin düşüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə bazar günü Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Təbii fəlakət şənbə günü yerli vaxtla saat 11:50-də (Moskva vaxtı ilə 06:50) Yibin şəhərinin Junlian qraflığının Cinpin kəndində baş verib. Nəticədə 10 yaşayış binası yerin altında qalıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Bir gün əvvəl Çin rəsmiləri 30-dan çox insanın itkin düşdüyünü bildirmişdi. Çin prezidenti Si Cinpin itkilərin qarşısını almaq üçün bütün mümkün tədbirlərin görülməsini əmr edib.
Yanvar ayında Nepalla sərhəddə yerləşən Çinin Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə dağıdıcı zəlzələ baş vermiş, nəticədə yüzə yaxın adam həlak olmuşdur.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər