Bütün xəbərlər
İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatını genişləndirir
Tarix: 09-02-2025 12:04 | Bölmə: Dünya

İsrail Müdafiə Qüvvələri (IDF) yanvarın sonunda Qərb Sahilinin şimalında başlayan terrorla mübarizə əməliyyatının Nur Şəms fələstinli qaçqın düşərgəsinə qədər genişləndirildiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsünün bildirdiyinə görə, İsrail Müdafiə Qüvvələri, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisi qüvvələri gecə saatlarında bölgədə antiterror əməliyyatına başlayıb.
Qeyd olunur ki, nəticədə bir neçə yaraqlı məhv edilib, axtarışda olan şəxslər saxlanılıb.
Bundan əvvəl, yanvarın 21-də İsrail hərbçiləri Cenin şəhəri ərazisində "Dəmir Divar" adlı iri əməliyyata başlayıb. Yanvarın 27-də İDF onu Tulkərm şəhərinə, fevralın 2-də isə bölgədəki daha beş Fələstinin şəhərinə qədər genişləndirdi.




Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər