Bütün xəbərlər
HƏMAS Trampın fələstinlilərin Qəzzadan çıxarılması təklifini rədd edib
Tarix: 05-02-2025 11:47 | Bölmə: Dünya

Radikal HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın Qəzza zolağında yaşayan fələstinlilərin ərəb ölkələrinə köçürülməsi təklifini anklavın bərpası zərurətini bəhanə edərək rədd edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, HƏMAS-ın rəsmi Telegram kanalında yayımlanan bəyanatda hərəkatın sözçüsü İzzat ər-Rişka Amerika liderinin təklifinin “Fələstin məsələsini ləğv etmək üçün açıq cəhd” olduğunu bildirib.
“ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı Fələstin xalqını yenidənqurma bəhanəsi ilə vətənlərini tərk etməyə çağırdığı bəyanatını rədd edirik”, mətndə deyilir.
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Qəzza zolağı yaşayış üçün tamamilə yararsız olduğu üçün tamamilə sökülməlidir. Amerika lideri bu yerin yaşamaq üçün təhlükəli və tamamilə antisanitar olan “dağıdıcı həyət” olduğunu düşünür.
"O (ABŞ prezidenti - red.) Qəzza zolağının 3-5 ilə bərpa olunmasının praktiki deyil, ən azı 10-15 il çəkəcəyini düşünür. O, həmçinin hesab edir ki, partlamamış hərbi sursat və dağıntılarla insanları yaşayış üçün yararsız torpaqlarda yaşamağa məcbur etmək qeyri-insanidir", - ABŞ administrasiyasının nümayəndəsi "The New Yorkano Post"a şərh verib.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər