11:24 / 18-01-2025
Avtomobil suya düşüb
Bütün xəbərlər
Netanyahu: "33 girovu HƏMAS diri-diri təhvil verməlidir"
Tarix: 18-01-2025 23:02 | Bölmə: Dünya

Qəzzada atəşkəs razılaşmaları çərçivəsində HƏMAS-ın təhvil verməli olduğu israilli girovların əksəriyyəti sağdır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O, bu barədə israillilərə televiziya ilə müraciəti zamanı danışıb.
"Əldə edilmiş razılaşmanın bir hissəsi olaraq, əksəriyyəti sağ olan 33 girovu vətənə gətirəcəyik", - Netanyahu izah edib.
İsrail hökumətinin başçısı həmçinin vurğulayıb ki, ehtiyac yaranarsa, İsrail Qəzzada “böyük güclə” hərbi əməliyyatları davam etdirməyə hazırdır.
Daha əvvəl İDF HƏMAS-dan girovları qəbul etmək üçün hazırlıqları başa çatdırdığını açıqlamışdı. Bu məqsədlə İDF azad edilənlər üçün ilkin qəbul zonaları yaradıb və təchiz edib. Qəbuldan dərhal sonra onlara tibbi yardım göstəriləcək, bundan sonra girovlar xəstəxanalara aparılacaq və orada ailələrinə qovuşacaqlar.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər