Bütün xəbərlər
Suriyada yeni hökumət: ölkə vətəndaşlarının yarısı xaricdə yaşayır
Tarix: 22-12-2024 21:32 | Bölmə: Dünya

Suriya vətəndaşlarının ən azı 50%-i onun hüdudlarından kənarda yaşayır. Bunu Suriyanın yeni hakimiyyətinin lideri, daha çox Əbu Məhəmməd əl-Culani kimi tanınan Əhməd əl-Şaraa deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Suriyadakı vəziyyəti şərh edən əl-Culani bildirib ki, ölkənin infrastrukturu məhv olduğu üçün Suriya bir çox ciddi çağırışlara cavab verməlidir.
O, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransında deyib: “Suriya vətəndaşlarının yarısı hazırda ölkədən kənarda yaşayır və daxildəki iqtisadi infrastruktur məhv edilib, ona görə də bizim indi həll etməli olduğumuz ciddi problemlər var”.
Bu problemləri həll etmək üçün Əl-Culani sözlərinə davam edərək, Bəşər Əsədin ölkə prezidenti olduğu bir vaxtda Qərbin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə nail olmaq lazımdır.
Bundan əvvəl Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Suriyadakı hadisələrlə əlaqədar Avropaya yaxınlaşan yeni miqrasiya böhranı barədə xəbərdarlıq etmişdi. O, Suriyanın yeni hökumətinin dini azlıqların nümayəndələrinə və Əsəd hökumətinin tərəfdarlarına vurduğu təqiblərə görə “böyük qaçqın dalğalarının” gəlişini proqnozlaşdırıb.



Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər