09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Husilər ABŞ-ın aviadaşıyıcı qrupunu və "F/A-18" qırıcısını vurduqlarını bildiriblər
Tarix: 22-12-2024 19:53 | Bölmə: Dünya

Yəmən husiləri dekabrın 21-də Qırmızı dənizdə ABŞ-ın “USS Harry S. Truman” aviadaşıyıcı qrupuna raket və pilotsuz uçan aparatlarla zərbələr endirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə üsyançı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalında məlumat verib.
Atışma nəticəsində Amerikanın "F/A-18" qırıcısı vurulub.
“Silahlı qüvvələr “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinə və onun bir sıra esmineslərinə hücum etməklə ABŞ və Böyük Britaniyanın ölkəmizə hücumunun qarşısını ala bilib”.
Onun sözlərinə görə, dekabrın 21-i axşam saatlarında Yəmənə qarşı təcavüzkar hücum başlayıb.
Üsyançılar səkkiz qanadlı raket və 17 pilotsuz uçan aparatdan istifadə ediblər.
Bazar günü səhər saatlarında şiələrin Ənsar Allah (Husi) hərəkatının nəzarətində olan Sənanın böyük hava hücumuna məruz qaldığı bildirilmişdi.
Yəməndəki “Ənsar Allah” hərəkatı yüksək ölümcülliyə malik hipersəs raketini sınaqdan keçirib. Bildirilib ki, o, saatda 10 min kilometrə qədər sürət yığmağa qadirdir. Silah bərk yanacaqla işləyir. Yəmən Ədən körfəzi, Qırmızı və Ərəbistan dənizlərindəki hədəflərə hücum etmək, həmçinin İsrailə qarşı istifadə etmək üçün öz istehsalını qurmağı planlaşdırır.



Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər