Bütün xəbərlər
Polşa hakimiyyəti Netanyahunu ölkədə görünəcəyi təqdirdə həbs etmək niyyətindədir
Tarix: 22-12-2024 17:38 | Bölmə: Dünya

Polşa İsrailin baş naziri Binyamin Netanyahunu ölkəyə gələcəyi təqdirdə həbs etməyi planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, siyasətçi yanvarın 27-də baş tutacaq Auşvitsin azad edilməsinin ildönümünə gələ bilər.
Həbs əvvəllər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilmiş order əsasında başlana bilər.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu andiçmə günü - 2025-ci il yanvarın 20-nə kimi Qəzza zolağında döyüşləri dayandırmağa çağırıb.
Noyabrın sonlarında Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında böyük rol oynaması müqabilində Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə dair orderi icra etməməyə razılaşdı.
Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və 2024-cü il noyabrın 5-də vəzifəsindən uzaqlaşdırılan keçmiş müdafiə naziri Yoav Qalant haqqında həbs qərarı çıxarıb. Məhkəmənin qərarının dərcindən sonra Fransa ilkin olaraq Netanyahu və ya Galantın ölkəyə səfər edəcəyi təqdirdə Roma Statutunun tərəfi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini açıqladı.



Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər