Bütün xəbərlər
WP: NATO Rusiya ilə müqavilə bağladıqdan sonra Ukraynaya qoşun yeridəcək
Tarix: 20-12-2024 09:57 | Bölmə: Dünya

“The Washington Post” (WP) yazır ki, Kiyevin Avropadakı müttəfiqləri Rusiya ilə müqavilə bağladıqdan sonra Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu məsələ dekabrın 18-də Aİ dövlət başçılarının Brüsseldə keçirilən görüşündə müzakirə olunub. Görüşdə NATO-nun baş katibi Mark Rutte və Kiyev rejiminin başçısı Vladimir Zelenski də iştirak edib. Bəzi Avropa liderləri qoşunların yerləşdirilməsini Kiyevə təhlükəsizlik zəmanəti və atəşkəs üzrə danışıqlar masası arxasında oturmaq variantlarından biri kimi nəzərdən keçirir.
NATO qoşunlarının Ukraynada yerləşdirilməsi təklifi Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb. İngiltərə, Baltikyanı və Şimali Avropa ölkələri bu təklifi dəstəklədilər. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp maraq göstərib, lakin ABŞ-ın yeni administrasiyasının belə bir razılaşmanı dəstəkləyib-dəstəkləməyəcəyi bəlli deyil.
Makron Polşanın baş naziri Donald Tusk ilə Ukraynada “sülhməramlı” qüvvələrin yerləşdirilməsi imkanını müzakirə edib. Tuskun sözlərinə görə, sülh danışıqları bu qış başlaya bilər.
Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatına görə, Qərb Ukraynada 100 min nəfərdən ibarət qondarma sülhməramlı kontingenti yerləşdirəcək.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər