Bütün xəbərlər
Reuters: "NATO ABŞ əvəzinə Ukraynaya hərbi yardımın çatdırılmasını koordinasiya edəcək"
Tarix: 18-12-2024 00:06 | Bölmə: Dünya

NATO ABŞ əvəzinə Ukraynaya yardımı koordinasiya etməyə başladı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu addım nəzərdə tutulsa da, bir neçə ay təxirə salınıb. Agentliyin fikrincə, bu qərar NATO-nun döyüş bölgəsinə öz qoşunlarını göndərməsini tələb etmədən, alyansın münaqişədəki rolunu daha da aktivləşdirəcək.
Agentlik mənbəsinin sözlərinə görə, NATO-nun koordinasiyası Ukraynanın silahlarını ABŞ-da seçilmiş prezident Donald Tramp dövründə əhval-ruhiyyənin dəyişməsindən qorumaq cəhdidir.
Ukraynaya hərbi yardımın çatdırılması üzrə koordinasiya funksiyasının alyansa verilməsi barədə qərar iyul ayında alyansın Vaşinqtonda keçirilən sammitində qəbul edilib. Əvvəlcə Visbadendəki “Ukraynalı” NATO komandanlığı oktyabrın sonunda əməliyyatlara başlamalı idi.
Yeni struktur NATO-nun Ukraynaya Təhlükəsizliyə Yardım və Təlim Missiyası (NSATU) adlanırdı və onun 700-ə yaxın əməkdaşı var. Qeyd olunur ki, əməkdaşlar NATO-nun Avropadakı Müttəfiq Qüvvələrin Ali Komandanlığının Belçikada, eləcə də Rumıniya və Polşadakı qərargahında çalışacaqlar.
İyulda NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, NATO-nun Ukraynaya yardımı koordinasiya etmək missiyası sentyabrda başlayacaq. O qeyd edib ki, Almaniyadakı missiyanın 700 əməkdaşı olacaq.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər