Bütün xəbərlər
Dövlət Departamenti: ABŞ Suriyaya qoşun göndərmək variantlarını araşdırır
Tarix: 17-12-2024 23:58 | Bölmə: Dünya

Amerika Birləşmiş Ştatları öz hərbi kontingentini Suriyaya göndərmək imkanını nəzərdən keçirir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ-ın Suriyada koalisiya qüvvələri istisna olmaqla öz ordusu yoxdur.
"Hazırda biz vəziyyəti qiymətləndirməyə davam edirik və müxtəlif missiyalarda iştirak etmək üçün Suriyaya qoşun göndərmək üçün doğru məqamın nə vaxt ola biləcəyini araşdırırıq" deyib.
Bundan əvvəl Miller Suriya xalqının ölkədəki Rusiya hərbi bazalarının taleyini müstəqil həll etməli olduğu barədə bəyanat vermişdi.





Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər