Bütün xəbərlər
Xüsusi müstəntiq qrupu dekabrın 18-də Yoon Seok Yeol-u dindirməyə çağıracaq
Tarix: 16-12-2024 08:26 | Bölmə: Dünya

Cənubi Koreyanın səlahiyyətləri dayandırılmış prezidenti Yoon Seok-Yeol xüsusi müstəntiqlər qrupu tərəfindən dindiriləcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Yonhap" xəbər agentliyinin məlumatına görə, onlar dekabrın 18-də onu dindirməyə çağırmağı planlaşdırırlar.
Dekabrın 14-də Koreya Respublikasının parlamenti hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yoon Seok Yeola impiçment elan edib, bundan sonra onun səlahiyyətləri dayandırılıb. İndi Konstitusiya Məhkəməsi Yoon Seok Yeol-un vəzifəsinə bərpa edilib-edilməməsi və ya onun impiçmentinin təsdiqlənməsi barədə qərar verməlidir.
TASS xatırladır ki, Yun Seok Yeol respublikada konstitusiya quruluşunu devirmək məqsədi ilə üsyanda şübhəli bilinir, araşdırma aparılır.
"Yonhap"ın məlumatına görə, dekabrın 15-də prokurorluq Yoon Seok Yeol-u dindirməyə çağırıb, lakin o, gəlməyib.
Dekabrın 3-ü axşam saatlarında Yun Seok Yeol Cənubi Koreyada hərbi vəziyyət tətbiq edib.Təxminən altı saat sonra ləğv edildi.



Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər