Bütün xəbərlər
ABŞ nümayəndəsi Suriya müxalifəti ilə danışıqlar aparıb
Tarix: 15-12-2024 16:03 | Bölmə: Dünya

ABŞ dövlət katibi Antoni Blinken Türkiyə, Avropa Birliyi və ərəb ölkələrinin səfirləri ilə birlikdə Suriya müxalifətinin nümayəndələri ilə birbaşa danışıqlar aparıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə “The Guardian” Blinkenə istinadən məlumat yayıb.
ABŞ təmsilçiləri və səfirləri “Həyat Təhrir əş-Şam” (HTŞ) (terrorçular siyahısında olan və Rusiya Federasiyasında qadağan olunmuş) və digər qruplaşmaların üzvləri ilə görüşüblər. Danışıqların təfərrüatları açıqlanmayıb. Görüş yeri İordaniyanın Əqabə şəhəri olub.
"Biz HTS və digər qruplarla əlaqə saxlamışıq"-Blinken deyib.
Görüşdən sonra ABŞ, Türkiyə, Aİ və ərəb ölkələrindən olan nümayəndələr birgə bəyanatla çıxış ediblər. Onlar Suriya xalqı üçün dinc gələcəyə ümid etdiklərini bildiriblər.
Daha əvvəl məlumat verilmişdi ki, Dəməşqin yeni hakimiyyəti bir sıra ölkələrlə birgə müdafiə sazişləri bağlamaq istəyir. Suriya liderləri konkret dövlətlərin adını çəkməyiblər.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər