Bütün xəbərlər
Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa respublikanın başçısı postunu tutmağa hazırdır
Tarix: 14-12-2024 23:06 | Bölmə: Dünya

Suriyanın yeni hakimiyyətinin lideri, daha çox Əbu Məhəmməd əl-Culani kimi tanınan Əhməd əl-Şaraa bildirib ki, vətəndaşlar və ya ətrafındakılar ondan xahiş etsələr, respublika prezidenti postuna namizədliyini irəli sürməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərini Qətərin “Al Araby” telekanalı sitat gətirib.
“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, mən Suriya (Ərəb) Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəm”, - Suriyanın yeni hakimiyyətinin başçısı deyib.
Bundan əvvəl Əhməd əl-Şaraa Suriya Müdafiə Nazirliyinin bütün silahlı qruplarını ləğv edəcəyini bildirmişdi. Onun sözlərinə görə, ölkədə dövlətin nəzarətində olmayan silah qalmayacaq.



Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər