Bütün xəbərlər
"Sun": Bukingem sarayında şənlik dava ilə başa çatıb
Tarix: 13-12-2024 10:17 | Bölmə: Dünya

Britaniya monarxlarının rəsmi iqamətgahı olan Bukingem sarayında işçilər üçün Milad şənliyi əlbəyaxa dava ilə başa çatıb, "Sun" qəzeti hadisə şahidlərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qeyd olunduğuna görə, çərşənbə axşamı axşam saatlarında kral işçiləri alkoqollu ziyafət üçün sarayda toplaşıblar, daha sonra isə 50-yə yaxın adam bayramı davam etdirmək üçün meyxanaya gedib.
Barda mənbələrin qulluqçu adlandırdığı 24 yaşlı qız qab-qacaq sındırmağa başlayıb və müəssisənin müdirini vurmağa cəhd edib.
"Mən heç vaxt bir nəfərin gecə vaxtı belə dəli olduğunu görməmişdim"- şahid nəşrə deyib.
Qəzetin yazdığına görə, polis əməkdaşları axşam saat 21 radələrində meyxanaya gəliblər. Qız döymək, zərər vurmaq, sərxoşluq etmək və ictimai asayişi pozmaq ittihamı ilə saxlanılıb. O, gecəni kamerada keçirib, sonra cərimə ilə azad edilib.



Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər