Bütün xəbərlər
Tramp Netanyahunu andiçmə gününə qədər Qəzzada döyüşləri dayandırmağa çağırıb
Tarix: 12-12-2024 21:11 | Bölmə: Dünya

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu andiçmə günü - 2025-ci il yanvarın 20-nə kimi Qəzza zolağında döyüşləri dayandırmağa çağırıb, "Time" jurnalı yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tramp qan tökülməsini istəmədiyini vurğulayıb və Yaxın Şərq münaqişəsinin müsbət nəticələnəcəyinə əmin olduğunu bildirib.
Bununla belə, jurnal hesab edir ki, Trampın andiçmə gününə qədər Qəzzada hərbi əməliyyatların sona çatması çox çətin görünür. "Time"-yə görə, “İsrail və ABŞ-da çoxları” Netanyahunun istefasına səbəb ola biləcək növbədənkənar seçkilərin qarşısını almaq üçün münaqişəni qəsdən uzatmaqda şübhələnir.
Dekabrın 5-də İsrail HƏMAS-a yeni atəşkəs sazişi layihəsini təhvil verib, Axios yazır. Yeni təklif İsrail hakimiyyətinin avqust ayında Həmasla bağlamaq istədiyi saziş layihəsindən çox da fərqlənmir. O, girovların azad edilməsini, ən azı altı həftəlik atəşkəs, fələstinlilərin öz evlərinə qayıtmasını və yeni humanitar yardımların çatdırılmasını nəzərdə tuturdu. Sonra müqaviləni həyata keçirmək mümkün olmadı.
Rəsmilər bildiriblər ki, Həmas danışıqlarda "çevik olmağa" və hətta qismən atəşkəs razılaşması ilə irəliləməyə böyük istək nümayiş etdirib. Dekabrın 4-də Reuters xəbər verib ki, HƏMAS digər məhbusları İsrail zorla azad etsə, onları öldürməyi planlaşdırır. Bir gün əvvəl Donald Tramp vəzifəyə başlamazdan əvvəl israilli girovlar azad edilməsə, HƏMAS silahlıları üçün “fəlakətli nəticələr” vəd etmişdi.



Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər