14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
Senator Pol ABŞ-ı qoşunlarını Suriyadan çıxarmağa çağırıb
Tarix: 10-12-2024 08:43 | Bölmə: Dünya

Respublikaçı senator Randal Paul deyib ki, ABŞ Suriyadan ordusunu geri qaytarmalıdır, çünki onlar orada çəkindirici deyil, hədəfdir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kentukki ştatından olan senator X sosial şəbəkəsindəki səhifəsində bildirib ki, bu Amerikanın deyil, islamçıların, sosialist kürdlərin və iranpərəst qüvvələrin müharibəsidir.
"Əsgərlərimizi evə gətirin!.. Bu, bizim döyüşümüz deyil. Suriyaya səpələnmiş 900 amerikalı əsgər çəkindirici deyil, hədəfdir", - Paul deyib.
O, etiraf edib ki, əsgərlər geri qaytarılmasa, Birləşmiş Ştatlar lazımsız müharibədə iştirak edə bilər.
"Əgər onlardan bəziləri öldürülsə və ümid edirəm ki, bu baş verməyəcəksə, o zaman biz özümüzü vətəndaş müharibəsinə sürükləyəcəyik", - siyasətçi vurğulayıb.
Bundan əvvəl Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, ABŞ Suriyada hərbi mövcudluğunu genişləndirməyi planlaşdırmır. ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın Suriyada parçalanmadan və ölkədən kütləvi miqrasiyadan qaçmağa ümid etdiyini bildirib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər