14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
Heyət Təhrir əş-Şam bütün çağırışçılar üçün amnistiya elan edib
Tarix: 09-12-2024 22:48 | Bölmə: Dünya

Heyət Təhrir əş-Şam qrupu (Rusiya Federasiyasında qadağandır) Suriya ordusuna çağırılan hərbçilərə amnistiya elan edib, onların təhlükəsizliyinə zəmanət verilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Suriyada hakimiyyət daha əvvəl silahlı müxalif qruplar tərəfindən ələ keçirilib, prezident Bəşər Əsəd Rusiyadan sığınacaq alıb.
Bir sıra ölkələr tərəfindən terror qruplaşması elan edilən “Həyat Təhrir əş-Şam” qruplaşmasının bəyanatında deyilir: “Hərbi Əməliyyatlar İdarəsi bütün hərbi xidmətə çağırılan hərbçilər üçün ümumi amnistiya elan edib".
"Associated Press" qrupun Telegram kanalına istinadən xəbər verir ki, çağırışçılara təhlükəsizliyə zəmanət verilir.
"Onlara hər hansı bir zərər vermək və ya zorakılığa məruz qoymaq qəti qadağandır", - mesajda deyilir.
Bazar ertəsi “The Washington Post” qeyd edib ki, ABŞ Suriyadakı müxalifətlə, o cümlədən “Həyat Təhrir əl-Şam”la əlaqə saxlayır, baxmayaraq ki, o, ABŞ-da terror təşkilatları siyahısındadır.
Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin baş elmi işçisi Yuri Lyaminin sözlərinə görə, “Həyat Təhrir əl-Şam”ın rəhbəri Əbu Məhəmməd əl-Culani Suriyada rəhbər vəzifələrə, o cümlədən prezident postuna müraciət edə bilər.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər