14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
Avstriya Rumıniya və Bolqarıstanın Şengenə tam daxil olması ilə bağlı vetosunu ləğv edib
Tarix: 09-12-2024 22:29 | Bölmə: Dünya

Avstriya Daxili İşlər Nazirliyinin rəhbəri Gerhard Karner bildirib ki, Avstriya Rumıniya və Bolqarıstanın bu sazişə tam qoşulmasına imkan verən Şengen zonasının genişləndirilməsinə vetonunu ləğv edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərini ORF telekanalı sitat gətirir.
Telekanalın məlumatına görə, Vyana vetosunu ləğv etdikdən sonra Bolqarıstan və Rumıniya dekabrın 12-də Brüsseldə keçiriləcək Aİ Daxili İşlər Nazirləri Şurasının iclasında Şengen sazişinə tam qoşula biləcəklər.
"Şengen ərazisi indi Rumıniya və Bolqarıstan üçün də açıqdır" deyə telekanalın sitat gətirdiyi Avstriyanın daxili işlər naziri bildirib.
Sofiya və Buxarest 31 mart 2024-cü ildə Şengen zonasına qoşuldular, lakin məhdudiyyətlərlə - quru sərhəd nəzarəti qaldı. Bu iki ölkənin Şengen zonasına tam qoşulması 2022-ci ildə Avstriya tərəfindən əngəllənib. Vyana hesab edirdi ki, Bolqarıstan və Rumıniya lazımi sərhəd nəzarətini təmin edə bilmir və qanunsuz miqrantlar onların vasitəsilə Aİ-yə daxil ola bilər.
Aprel ayından Bolqarıstan ruslara tam hüquqlu Şengen vizaları verməyə başladı.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər