14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
Ankara Rusiya və İranın Suriya ətrafındakı vəziyyətə yanaşmasını yüksək qiymətləndirir
Tarix: 08-12-2024 16:25 | Bölmə: Dünya

Türkiyə Rusiya Federasiyası və İranın Suriya Ərəb Respublikası ətrafındakı vəziyyətə konstruktiv baxışını müsbət qiymətləndirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
Nazirlik rəhbəri bir gün əvvəl Türkiyə, Rusiya və İranın Dohada Astana formatı çərçivəsində görüşdüyünü xatırladıb.
Siyasətçi mətbuat konfransında deyib: “Biz bu məsələdə Rusiya və İranın konstruktiv yanaşmalarını yüksək qiymətləndiririk".
Daha əvvəl xəbər verildiyi kimi, dekabrın 8-də Dəməşq silahlı müxalifət qruplarının nəzarətinə keçib. Daha sonra Suriya qoşunları Dəməşqin mərkəzini tərk ediblər.
Paytaxtda qalan Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali suriyalıların seçdiyi istənilən hökumətlə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, videomüraciətində ölkədə hakimiyyəti sülh yolu ilə təhvil verəcəyini qeyd edib.
"Reuters" xəbər verir ki, bu vəziyyət fonunda prezident Əsəd silahlı müxalifət qüvvələri tərəfindən ələ keçirilən paytaxtı Dəməşqi tərk edib. Lakin sonradan mənbələrə istinadən, Suriya prezidentinin təyyarə qəzasında ölə biləcəyi ehtimalı barədə məlumat yayıb. Üsyançılar şəhəri ələ keçirən eyni vaxtda dövlət başçısını daşımış ola biləcək Suriya Hava Qüvvələrinə məxsus təyyarə Dəməşq hava limanından havaya qalxıb.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər