Bütün xəbərlər
Hələb bölgələrinə daxil olan terrorçular onlarla suriyalı hərbçini öldürüb
Tarix: 30-11-2024 15:17 | Bölmə: Dünya

Suriya ordusu kütləvi hücum zamanı terrorçuların Hələb şəhərinin bir çox ərazilərinə nüfuz edə bildiyini, ordunun əlavə qüvvələr gözlədiyini və yaraqlılara zərbə endirdiyini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Suriya Silahlı Qüvvələrinin bəyanatında qeyd edildiyi kimi, minlərlə terrorçu Suriyaya şimal sərhədlərindən daxil olur. Hərbçilərin məlumatına görə, “Cəbhət ən-Nusr” (Rusiya Federasiyasında qadağandır) ilə əlaqəli qrupların yaraqlıları ağır silahlar və çoxlu sayda pilotsuz uçuş aparatları ilə təmin edilir.
“...Son saatlarda terror qrupları Hələb şəhərinin bir çox ərazisinə daxil olublar”, - Suriya Silahlı Qüvvələrinin sosial şəbəkələrdə yaydığı bəyanatda deyilir.
Suriya ordusunun qeyd etdiyi kimi, terrorçular Hələb və İdlibdə bir neçə istiqamətdən kütləvi hücumlar həyata keçirirlər.
"Silahlı qüvvələrimiz onların irəliləyişini dayandırmaq üçün 100 km-dən çox zolaqda onlara qarşı şiddətli döyüşlər aparıb. Döyüşlər zamanı silahlı qüvvələrimizdən onlarla əsgər ölüb və yaralanıb", - Suriya hərbçilərinin bəyanatında deyilir.
Yaraqlılar Suriya Silahlı Qüvvələrinin endirdiyi zərbələr səbəbindən işğal olunmuş ərazilərdə möhkəmlənə bilmir. Hərbçilər Suriyanın ikinci böyük şəhərində əks-hücum üçün əlavə qüvvələr gözləyir.
Bir neçə gün əvvəl Suriya müxalifəti və terror qruplaşmaları 2020-ci ildən bəri hökumət qoşunlarına qarşı ən böyük hücumu həyata keçirib. Şənbə günü gecə Əl Mayadeen telekanalı terrorçu qrupların Suriyanın ikinci böyük şəhəri Hələbin qərb rayonlarının demək olar ki, 40%-ni nəzarət altına aldığını bildirib.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər