Bütün xəbərlər
ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qətnamə layihəsinə veto qoyub
Tarix: 20-11-2024 19:48 | Bölmə: Dünya

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsini bloklayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  sənədin Şuranın 15 üzvündən 14-ü tərəfindən qəbul edilməsinə baxmayaraq, ölkə veto hüququndan istifadə edib.
TASS-ın məlumatına görə, ABŞ 2023-cü ilin oktyabrından bəri beşinci dəfədir ki, regionda atəşkəs qətnamələrinə veto qoyur.
Qətnamə layihəsi Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü tərəfindən hazırlanıb. Sənəd doqquz bənddən ibarətdir, birincisi dərhal atəşkəs tələbinə əsaslanır və buna münaqişənin bütün tərəfləri riayət etməlidir. Qətnamə layihəsi girovların azad edilməsini, tərəflərin beynəlxalq hüquqa riayət etməsini, həmçinin Qəzzanın mülki əhalisinə humanitar yardımı nəzərdə tutur.
Bundan əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi bildirib ki, o, bu qətnamə layihəsini biabırçı hesab edir. O, ABŞ-dan veto gözlədiyini qeyd edib.
Sənədin qəbulu ilə bağlı səsvermə noyabrın 20-də Nyu-York vaxtı ilə səhər saat 10-da (Moskva vaxtı ilə 18:00) keçirilib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər