Bütün xəbərlər
İsrailin Suriyanın Palmira şəhərinə endirdiyi zərbələr nəticəsində 36 nəfər həlak olub
Tarix: 20-11-2024 19:19 | Bölmə: Dünya

İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın Palmira şəhərinə endirdiyi zərbə nəticəsində 36 nəfər ölüb, 50 nəfər yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün saat 13:30 radələrində İsrail düşməni Ət-Tanf ərazisindən hava hücumu həyata keçirərək Suriya səhrasındakı Palmira şəhərində bir neçə binaya hücum edib, nəticədə 36 nəfər həlak olub, 50-dən çox insan yaralanıb. Hücum edilən binalara və ətraf əraziyə xeyli maddi ziyan dəyib”, - məlumatda deyilir.
Bundan əvvəl SANA agentliyi İsrailin Palmiraya hücumu barədə məlumat vermişdi. Zərbələrin hədəfi sənaye obyektləri və yaşayış binaları olub. Agentliyin məlumatına görə, yəhudi dövlətinin ordusu bölgədə Suriya ordusunun müttəfiq qüvvələrinin qalasını məhv etməyə cəhd edib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər