Bütün xəbərlər
"Die Zeit": Yaşıllar Almaniya kansleri vəzifəsinə Habekin namizədliyini təsdiqləyib
Tarix: 17-11-2024 20:23 | Bölmə: Dünya

Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Almaniyanın kansleri postuna Yaşıllar Partiyası tərəfindən namizəd kimi irəli sürülüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” nəşri məlumat yayıb.
"Federal İqtisadiyyat naziri Robert Habek Yaşılların kanslerliyə namizədi olacaq. Nümayəndələr onu federal partiyanın Visbadendəki qurultayında seçiblər", - nəşr qeyd edir.
Habaek partiyadan yeganə namizəd idi. Nümayəndələrin 96,48 faizi onu dəstəkləyib. Almaniya vitse-kansleri noyabrın 8-də namizədliyini irəli sürmək arzusunda olduğunu bəyan edib.
Noyabrın 7-də Habek “Svetofor” koalisiyasının dağıldığını elan etdi. Bura Sosial Demokrat Partiyası, Azad Demokrat Partiyası və Yaşıllar daxil idi.





Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər