Bütün xəbərlər
Fransanın Milli Mitinq partiyasının qurucusu Le Pen xəstəxanaya yerləşdirilib
Tarix: 13-11-2024 19:41 | Bölmə: Dünya

Əvvəllər Milli Cəbhə adlandırılan Fransanın sağçı Milli Ralli partiyasının qurucusu Jan-Mari Le Pen xəstəxanaya aparılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Yaxınlarının dediyinə görə, o, həftənin əvvəlində “analizlərdən keçmək üçün” xəstəxanaya yerləşdirilib. Onlar Le Penin “yataq xəstəsi” olması ilə bağlı şayiələri təkzib ediblər. Eyni zamanda, onun vəziyyətinin "bəzən yaxşı, bəzən daha pis olduğunu" qeyd etdilər.
Jan-Mari Le Penin 96 yaşı var. O, 1972-ci ildə Milli Cəbhə partiyasını yaradıb. Siyasətçi və partiya üzvləri Fransanın NATO-dan çıxmasını, miqrasiyanın məhdudlaşdırılmasını və Avropaya inteqrasiyanın əleyhinə çıxış ediblər. Sonradan partiya ultrasağ təşkilat kimi qəbul olunmağa başladı.
2011-ci ildə Le Pen Milli Cəbhənin sədri vəzifəsindən istefa verdi və partiyaya onun qızı Marin Le Pen rəhbərlik edirdi. 2018-ci ildə partiyanın adı dəyişdirilərək Milli Mitinq oldu.





Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər